05.05.2016

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

       Mayın 5-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

       Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

       Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla, 18 nəfər isə tərifnamə ilə təltif olunub.

       Təqdimat mərasimində  Hacıqabul rayon Udulu kənd tam orta məktəbinin IX sinif şagirdi Məmmədova Nahidə Ümid qızı  III dərəcəli diplomla  təltif olunmuş və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.


Açar sözlər: ,  ,