28.12.2016

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibi mükafatlandırılıb

         Ümumtəhsil və internat məktəblərinin I-XI sinif şagirdləri arasında Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar Nazirliklərinin birgə keçirdiyi “Fövqəladə hallar uşaqların gözü ilə” VI Respublika uşaq yaradıcılıq müsabiqəsi keçirilmişdir. Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. 28 dekabr 2016-cı tarixdə müsabiqənin yekun mərhələsində qalib gələn Hacıqabul rayon 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Şəms Cavadovaya Təhsil və Fövqəladə Hallar Nazirliklərinin diplom və qiymətli hədiyyələri  təqdim olunub.

 


Açar sözlər: ,  ,