12.01.2017

Respublika fənn olimpiadalarına hazırlıq məqsədilə bilik yarışları təşkil olunur

         Respublika Fənn olimpiadalarına hazırlıq məqsədilə fənlər üzrə bilik yarışlarının keçirilməsi üçün Hacıqabul rayon Təhsil Şöbəsində qrafik tərtib olunmuş, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə oktyabr, noyabr, dekabr, yanvar ayları ərzində bilik yarışları təşkil olunmuşdur.  Bilik yarışlarında əvvəlki illərdə fənn olimpiadalarında istifadə olunan suallara uyğun suallar tərtib olunmuş şagirdlərə təqdim olunmuşdur. Təhsil Nazirliyi tərəfindən 15 yanvar 2017-ci ildə keçiriələcək Respublika Fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsində Hacıqabul rayonu üzrə 183 şagirdin iştirakı gözlənilir.


Açar sözlər: ,  ,