13.01.2017

20 Yanvar faciəsinin 27-ci ildönümü ümumtəhsil məktəblərində qeyd olunur

         Artıq 27 il ötməsinə baxmayaraq xalqımızın hər il hüznlə qeyd etdiyi 20 Yanvar faciəsi qanımıza, yaddaşımıza həkk olunub. Təhsil Nazirliyinin tövsiyyəsinə və Hacıqabul rayon Təhsil Şöbəsinin 20 Yanvar faciəsinin 27-ci ildönümünün qeyd edilməsi ilə bağlı Tədbirlər Planına əsasən rayonun ümumtəhsil məktəblərində  geniş silsilə tədbirlər həyata keçirilir. Belə ki, Tədbirlər Planına müvafiq olaraq Navahı qəsəbə 2 saylı, şəhər 3 saylı, 10 saylı tam orta məktəblərində “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş rəsm müsabiqəsi, şəhər 1 saylı tam orta məktəbdə “Azadlıq mübarizləri” mövzusunda  inşa, “20 Yanvar faciəsindən 27 il ötür” adlı şeir müsabiqəsi, Qızılburun kənd tam orta məktəbində “Şəhidlik zirvəsi” adlı rəsm müsabiqəsi keçirilmişdir. Hacıqabul rayon Təhsil Şöbəsinin tərtib etdiyi Tədbirlər Planına uyğun olaraq ümumtəhsil məktəblərinin 20 Yanvar faciəsinin 27-ci ildönümünün qeyd edilməsi üçün nəzərdə tutulmuş tədbirlərin keçirilməsi davam edir.