11.05.2016

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd olunmuşdur.

         Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə Hacıqabul rayon Təhsil Şöbəsində Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər- “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi, “Ümummili lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin yaradıcısıdır” mövzusunda konfrans, “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı rəsm müsabiqəsi, “Tarixdə və yaddaşlarda əbədi yaşayacaq şəxsiyyət” mövzusunda inşa müsabiqəsi, şeir müsabiqəsi, ədəbi-bədii gecələr, şahmat, futbol və voleybol yarışları keçirilmişdir. Rayonun ümumtəhsil məktəb şagirdlərinin Heydər Əliyev Mərkəzinə ziyarəti  təşkil olunmuşdur.

        Hacıqabul şəhər 1,2,3,4,5,6,7,8,9,10 saylı, Muğan, Pirsaat , Padar qəsəbə, Qarasu, , kənd, tam orta məktəblərdə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə şagirdlər Ümummili lider H.Əliyevin həyat yolu, fəaliyyəti haqqında geniş məlumatla çıxış etmiş, video materiallar izlənmişdir.

        10.05.2016-cı il tarixdə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ümumrayon iməcliyi və   ağacəkmə aksiyası keçirilmişdir.


Açar sözlər: ,