25.08.2017

Rayon məktəblərində şagirdlərin dərsliklərlə təminatı ilə bağlı işlər aparılır

        Artıq ötən ildən  ümumtəhsil məktəblərində dərsliklərin şagirdlərə paylanmasında yeniliklər olmuşdur. Belə ki, Təhsil Nazirliyi ötən 2016-cı ilin avqust ayının sonlarında valideynlərə müraciət edərək sentyabrın 5-nə kimi dərsliklərin orta ümumtəhsil məktəblərindən təhvil almasını tövsiyə etmişdir ki, bu da tədris ilinin əvvəlində dərsliklərin paylanması ilə bağlı yaranan sıxlığın, bir sıra problemlərin vaxtında və operativ həllinə müsbət təsir göstərmişdir. 2017/2018-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən Rayon Təhsil Şöbəsinə təhvil verilən IV, VI, VIII, X siniflərində  istifadəyə veriləcək yeni nəşr olunan 29785 ədəd dərslik  rayonun ümumtəhsil məktəblərinə çatdırılması təmin edilmişdir. Artıq rayonun ümumtəhsil məktəblərində dərsliklərin şagirdlərə paylanmasına start verilmişdir.


Açar sözlər: ,  ,