08.09.2017

Təhsil işçilərinin sentyabr konfransı keçirilimişdir

        07 sentyab 2017-ci il tarixində Hacıqabul rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Təhsil işçilərinin sentyabr konfransı keçirilimişdir. Konfransda rayonun İcra hakimiyyətinin, Ərazi Maliyyə Hesablaşma Mərkəzinin, Təhsil Nazirliyinin nümayəndəsi, bir qrup idarə rəhbərləri və təhsil işçiləri iştirak etmişlər. Konfransı giriş sözü ilə açan rayon Təhsil Şöbəsinin müdiri “2016/2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Konfransın gedişində mövzuya uyğun olaraq məktəb rəhbərləri və müəllimlər 2016/2017-ci tədris ilinin yekunları, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələr ətrafında çıxış etmişlər. Konfransda bu il ali məktəbə yüksək balla qəbul olan məzunlara qiymətli hədiyyələr təqdim olunmuşdur. Konfransda təhsil işçilərinin Azərbaycan Respublikasının Prezidentinə müraciəti oxunmuşdur. 08 sentyabr 2017-ci il tarixində rayonun ümumtəhsil məktəblərinin rəhbər işçiləri və müəllimlərinin iştirakı ilə bölmə iclası keçirilmişdir. Bölmə iclasında hər bir fənn üzrə müəllimlər 2017/2018-ci tədris ili üzrə qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılmış, müəllimlərin rəy və təkilfəri dinlənilmişdir.