20.09.2017

“Sülhə səs verək”

         Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir.  21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.

        21 sentyabr Beynəlxalq sülh günü illə əlaqədar rayonun ümumtəhsil məktəblərində Tədbirlər Planına müvafiq olaraq bir sıra tədbirlər keçirilmişdir. Hacıqabul şəhər 1 saylı tam orta məktəbində “Sülhə səs verək” adlı rəsm müsabiqəsi keçirilmişdir. Şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə “Müharibə və sülh” mövzusunda, şəhər 5 saylı tam orta məktəbdə “Sən öz hüquqlarını bilirsənmi?” mövzusunda diskussiya təşkil edilmişdir. Sülh aylığı çərçivəsində Beyəlxalq Sülh Günü ərəfəsində maarifləndirici tədbirlərin təşkil edilməsi davam etdirilir.                               


Açar sözlər: ,  ,