19.10.2017

“Keyfiyyət ili” ilə əlaqədar tədbirlər

       Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 avqust 2017-ci il 261 nömrəli əmri ilə 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilmişdir. 2017-2018-ci dərs ilininin “Təhsildə keyfiyyət ili” elan edilməsi barədə Təhsil Nazirliyinin əmrinə əsasən Hacıqabul rayon Təhsil Şöbəsində il çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Tədbirlər Planı tərtib olunmuşdur.Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin direktor müavinlərinə çatdırılması məqsədilə 18 oktyabr 2017-ci il tarixdə Hacıqabul rayon Təhsil Şöbəsində “ Təhsildə keyfiyyət ili” adlı seminar müşavirə keçirilmişdir.Seminarda yeni dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunmasının məqsəd və mahiyyəti izah olunmuş,bundan əlavə, nazirliyin həmin əmrilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin, habelə “İl” çərçivəsində “Pedaqoji mühazirələrin” keçiriləcəyi haqda məlumat direktor müavinlərinə elan edilmiş və bunlara uyğun olaraq qarşıda duran vəzifələr müzakirə edilmişdir.Seminarda Rayon Təhsil Şöbəsi tərəfindən  aparılmış 2016-2017-ci dərs ilinin nəticələrinin təhlili direktor müavinlərinə slaydlarla nümayiş olunmuşdur.Seminarın davamı olaraq 19 oktyabr 2017-ci il tarixdə Hacıqabul rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat müəllimlərinin iştirakı ilə  seminar keçirilmiş və cari il üçün fənn üzrə keyfiyyətin artırılması  istiqamətində tövsiyyələr verilmişdir.” Rayon Təhsil Şöbəsində “ Keyfiyyət ili” ilə əlaqədar tədbirlərin keçirilməsi davam etdirilir.


Açar sözlər: ,