22.12.2017

 Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir

        2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər davam etdirilir. Hacıqabul şəhər 10 saylı tam orta məktəbdə Molla Pənah Vaqifin yubileyinə həsr olunmuş bədii qiraət gecəsi keçirilmişdir. Tədbirdə görkəmli şairin yaradıcılığı haqqında ədəbiyyat müəllimləri tərəfindən məlumat verilmişdir. VII – VIII  sinif şagirdlərin iştirakı ilə  keçirilmiş tədbirdə  şagirdlər şairin şeirlərini əzbər söyləmiş, xalq şairi S.Vurğunun “Vaqif” dramından epizod səhnələşdirmişlər. Tədbirin gedişində şagirdlər şairin əsərlərini mütaliə  etmişlər.


Açar sözlər: ,  ,  ,