22.12.2017

“Paint proqramında ən yaxşı təsvir”

    21 dekabr 2017 – ci il tarixində Hacıqabul şəhər 10 saylı tam orta məktəbdə “Təhsildə keyfiyyət ili” çərçivəsində “Paint proqramında ən yaxşı təsvir” müsabiqəsi təşkil olunmuşdur. Müsabiqəsinin təşkilatçısı məktəbin informatika  müəllimi Nuriyyə Şərifova bu müsabiqənin keçirilməsində məqsədlərinin şagirdlərdə  İKT-dən səmərəli istifadə bacarıqlarının formalaşdırmaq, onların arasında istedadı olanları üzə çıxarmaq olduğunu qeyd etmişdir. Müsabiqə II və  V siniflər arasındakı seçilmiş istedadlı şagird arasında keçirilmişdir.   Müsabiqədə məktəbin   rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdir. Məktəbin  təlim – tərbiyə işləri üzrə dərs hissə  müdiri S.Həşimova  müsabiqənin  əvvəlində çıxış edərək , şagirdlərə uğurlar arzulamışdır. Müsabiqə zamanı şagirdlər qışı özünəməxsus şəkildə  təsvir etdərək, paint proqramında müxtəlif təsvirlər yaratmışlar. Müsabiqənin sonunda qalib şagird diplomla təltif olunmuşdur.


Açar sözlər: ,  ,  ,