26.12.2017

Məktəbəhazırlıq qruplarının təşkili effektiv təsirini göstərir

      26 dekabr 2017-ci il tarixində Navahı qəsəbə 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Safura Bayramovanın I sinifdə nümunəvi dərsi təşkil edilmişdir. Dərs prosesi kurikulumun tələbləri səviyyəsində qurulmuş, İKT-nin imkanlarından istifadə edilmişdir. Dərs zamanı mimio proqramından istifadə edilmiş, rollu oyunlar qurulmuşdur. Şagirdlərin I sinif olmasına baxmayaraq oxu qabiliyyəti yüksək səviyyədə idi.  2016/2017-ci tədris ilində qeyd olunan sinif şagirdlərinin əksəriyyəti məktəbəhazırlıq qruplarına cəlb edilmişdir. Şagirdlərin məktəbəhazırlıq qruplarına cəlb edilməsinin effektiv təsiri dərs zamanı aydın nəzərə çarpırdı. Şagirdlər fəallıq nümayiş etdirir, müəllimin verdiyi tapşırıqlara düzgün cavab verirdilər.


Açar sözlər: ,  ,