29.12.2017

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir

      1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.   Rayonun ümumtəhsil məktəblərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı böyük təntənə ilə qeyd olunmuşdur. Bununla əlaqədar müxtəlif tədbirlər keçirilmişdir. Şaxta baba və qar qız şənliyə xüsusi rəng qataraq məktəbliləri əyləndirmişlər. Şagirdlərin ifasında Azərbaycan, vətən, millət haqqında şeirlər səsləndirilmiş, yeni il haqqında mahnılar ifa olunmuşdur.


Açar sözlər: ,  ,  ,