11.01.2018

Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması ilə əlaqədar görüş keçirilmişdir

        “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş hədəflər baxımından ümumi təhsilin müasir tələblər səviyyəsində səriştəli idarəlolunması və keyfiyyətinin yüksəldilməsi sahəsində təcrübə mübadiləsinin rolunu və əhəmiyyətini nəzərə alaraq, yerli təhsili idarəetmə orqanları, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri arasında qarşılıqlı etimada əsaslanan pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması ilə əlaqədar Təhsil Nazirliyi 05 yanvar 2018-ci il tarixdə 21 nömrəli əmr imzalamışdır. Əmrin icrası ilə əlaqədar Şirvan şəhər Təhsil Şöbəsi və Hacıqabul rayon Təhsil Şöbəsinin əməkdaşları ilə görüş keçirilmişdir. Görüşdə əmrin icrası ilə əlaqədar Tədbirlər Planının hazırlanması məsələləri müzakirə edilmişdir.