15.01.2018

“20 Yanvar faciəsinin 28-ci ildönümü" ərəfəsində silsilə tədbirlər keçirilir

       Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 yanvar 2018-ci il tarixli 10 nömrəli əmri ilə təsdiq edilmiş “20 yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi barədə” Tədbirlər Planının icrası ilə əlaqədar Hacıqabul rayon Təhsil Şöbəsi tərəfindən Tədbirlər Planı tərtib edilmiş rayonun ümumtəhsil məktəblərinə göndərilmişdir. Tədbirlər Planına müvafiq olaraq ümumtəhsil məktəblərində 20 Yanvar hadislərini əks etdirən guşələr yaradılmışdır.  “20 Yanvar” hadisələrinin 28-ci ildönümü ərəfəsində Hacıqabul rayon Xilə kənd ümumi orta məktəbində şəhid Faiq Kərimovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Qubalıbaloğlan kənd tam orta məktəbində Türk Şəhid Məzarlığına ziyarət təşkil edilmişdir. Navahı qəsəbə 2 saylı tam orta məktəbində “20 Yanvar şagirdlərin gözü ilə” adlı rəsm müsabiqəsi keçirilmişdir. Əmrin icrası ilə əlaqədar tədbirlərin keçirilməsi davam etdirilir.


Açar sözlər: ,  ,  ,