18.01.2018

20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

         Hacıqabul şəhər 5 saylı tam orta məktəbdə “20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda rayon tədbiri keçirilmişdir. Tədbirdə rayon Təhsil Şöbəsinin əməkdaşı, rayonun ümumtəhsil məktəblərinin bir qrup müəllim və şagirdləri iştirak etmişlər. Şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə 20 Yanvar hadisələri ilə əlaqədar şeirlər, hərbi vətənpərvərliyə həsr olunmuş mahnılar ifa olunmuş, şagirdlərin iştirakı ilə səhnəciklər nümayiş etdirilmişdir. Tədbirin gedişində hadisə ilə əlaqədar film nümayiş olunmuşdur.

 


Açar sözlər: ,  ,  ,