25.01.2018

Coğrafiya fənni üzrə Pedoqoji Təcrübə mübadiləsi adlı seminar keçirilmişdir

         “Təhsildə keyfiyyət ili” ilə əlaqədar Hacıqabul rayon Təhsil Şöbəsinin Tədbirlər Planına müvafiq olaraq nəzərdə tutulan tədbirlərin təşkili davam etdirilir. Tədbirlər Planında Qabaqcıl pedoqoji təcrübə nümunələrinin təbliği sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə qabaqcıl müəllimlərin iştirakı ilə təqdimatların keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan bəndin icrası ilə əlaqədar 25 yanvar 2018-ci il tarixində Hacıqabul rayon ümumtəhsil məktəblərinin bir qrup tarix və coğrafiya müəllimlərinin iştirakı ilə seminar keçirilmişdir. Seminarda Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb liseyin coğrafiya müəllimi Ülviyyə Ələkbərova  fəaliyyəti ilə əlaqədar təqdimatla çıxış etmiş, coğrafiya fənninin tədrisində istifadə etdiyi metodlar, keçirdiyi tədbirlər haqqında məlumat vermişdir. Seminarda coğrafiya fənninin tədrisində fəal təlim metodlarının tətbiq edilməsi, sinifdənxaric tədbirlərin keçirilməsinin şagirdlərin fənnə olan marağının artırılmasında müsbət rol oynaması, şagirdlərin tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində hansı tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunmuş, rəy və təkliflər dinlənilmişdir.