05.02.2018

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilmişdir

         Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Hacıqabul rayonunda Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib. Respublika fənn olimpiadasının rayon mərhələsində Hacıqabul rayonu ümumtəhsil məktəblərindən 260 nəfər şagird iştirak etmişdir. Olimpiada prosesi Respublika Təşkilat Komitəsi tərəfindən qəbul edilmiş müddəalara uyğun olaraq operativ, şəffaf və düzgün, digər qaydalar gözlənilməklə keçirilmişdir. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib.