07.02.2018

“Qəhrəmanlığın Mübariz İbrahimov Zirvəsi”

          Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Vətən hər birimiz üçün müqəddəsdir, vətən qarşısında layiqli borcunu ödəyən, canını vətən uğrunda qəhrəmanlıqla fəda edən Milli Qəhrəmanımız Mübariz İbrahimovun doğum günü münasibətilə Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb liseydə “Qəhrəmanlığın Mübariz İbrahimov Zirvəsi” adlı ədəbi-bədii kompazisiya keçirilmişdir. Tədbirdə Hacıqabul İcra Hakimiyyətindən, rayon Təhsil Şöbəsindən, Polis Şöbəsindən, Hərbi hissədən nümayəndələr, Aprel döyüşləri Qazisi, ümumtəhsil məktəblərinin bir qrup şagird, müəllim heyəti iştirak etmişlər. Tədbirin gedişində Mübariz İbrahimovun qəhrəmalıq şücaəti, keçdiyi döyüş yolu haqqında məlumatlar verilmiş, video sujetlər nümayiş etdirilmiş, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda müxtəlif şeir və mahnılar dinlənilmişdir.


Açar sözlər: ,  ,  ,