12.02.2018

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib

         Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı  tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə uyğun olaraq, Nazirliyin 01.05.2015-ci il tarixli, 535 nömrəli əmrinə əsasən məktəblilər arasında keçirilmiş “Ədəbiyyat biliciləri”müsabiqəsinin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq, bu tədbirin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinin 16 noyabr 2017-ci il tarixli  399 nömrəli əmrinə əsasən 10.02.2018-ci il tarixdə Hacıqabul rayonunun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.

Bu mərhələdə iştirakçılar 2 variantda təklif olunmuş mövzulardan birini seçərək, inşa yazıb və 10 sualı yazılı cavablandırıblar.

Şagirdlərin yazı işləri Təhsil Şöbəsinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Hacıqabul rayon ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərindən 54 nəfər müsabiqənin rayon mərhələsində iştirak etmişdir. Müsabiqənin qalibi “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhəlisində iştirak edəcəkdir.