21.02.2018

“21 fevral Beynalxalq ana – dili günü” adlı ədəbi bədii kompazisiya  keçirilib

           Fevralın 21-də Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə “21 fevral Beynalxalq ana – dili günü” adlı ədəbi bədii kompazisiya  keçirilib. Tədbirdə iştirak edən şagirdlər ana dilimizin gözəlliyini tərrənnüm edən mahnı, şeir və səhnəciklər nümayiş etdirib. Şagirdlər Ana, Vaqif obrazları, ana dilimizin müqəddəsliyini xüsusi ilə vurğulayıb. Şagirdlər şeir və mahnıları ilə bir daha qeyd etdilər ki, ana dilini qorumaq hər kəsin bir millət kimi mənəvi  borcudur.

            Tədbirin sonunda məktəbin ibtidai sinif müəllimləri Mirzəyeva Samirə və Heydərli Ülkər şagirdlərə təşəkkür edərək bildirdilər ki, doğma dilimizi sevmək və qorumaq üçün onların üstünə böyük vəzifə düşür. Bu vəzifə dilimizi mükəmməl öyrənib sonrakı nəsillərə öyrətməkdir. Hər millətin özünə məxsus dili var ki, bu onun milli sərvətidir. Dil - hər bir millətin  varlığının subutudur. Milli – mənəvi dəyərimiz olan Ana dilimizin təbliği, qorunması və gələcək nəsillərə öyrədilməsi üçün hər kəs əlindən gələni etməlidir.

 


Açar sözlər: ,  ,  ,