22.02.2018

Hərbi vətənpərvərlik həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib

Fevralın 22-də Hacıqabul rayon ümumtəhsil məktəblərində hərbi vətənpərvərlik həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib.

Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə VII-XI siniflər üzrə "Xocalıya Ədalət"adlı inşa müsabiqəsi keçirilib. Şəhər 10 saylı tam orta məktəbdə Xocalı Soyqırımına aid şeir müsabiqəsi keçirilib. Müsabiqədə ibtidai sinif şagirdləri iştirak edib. Müsabiqə qalibləri sonda diplomla təltif olunublar.

Eyni zamanda Xilə kənd ümumi orta məktəbdə Xocalı Soyqrımı ilə əlaqədar kompazisiya keçirilib. Kolanı kənd, Şorbaçı kənd tam orta məktəblərində Xocalı Soyqırımı ilə əlaqədar şagirdlərin rəsm sərgisi təşkil olunub.

Udulu kənd tam orta məktəbdə III sinif şagirdlərinin iştirakı ilə hazırlanmış guşə qarşısında Xocalı Soyqırımı ilə əlaqədar məlumatlar verilib, şagirdlərin ifasında şeirlər dinlənilib.


Açar sözlər: ,  ,