09.03.2018

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib

Martın 9-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Hacıqabul rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə rayonun ümumtəhsil məktəblərinin rəhbər işçiləri, azərbaycan dili və ədəbiyyat müəllimləri, rayonun ümumtəhsil məktəblərinin məktəb mərhələsində seçilən IX-XI sinif şagirdləri iştirak ediblər. Eyni zamanda müsabiqədə Təşkilat Komitəsinin üzvləri və münsiflər heyəti iştirak edib.

 Müsabiqədə məktəblər üzrə qalib gələn 31 şagird Ümumilli lider Heydər Əliyevin fəaliyyəti, xalq qarşısında xidmətləri ilə əlaqədar təqdimatla çıxışla edib. Münsiflər heyəti tərəfindən şagirdlər  dinləlinib, “Ən yaxşı təqdimat” müsabiqəsinin iştirakçılarının təqdimatının qiymətləndirilməsi meyarlarına müvafiq olaraq qiymətləndirmə aparılıb. Müsabiqənin rayon mərhələsi yekunlaşdıqdan sonra rayon üzrə bir nəfər seçilərək müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ əldə edəcəkdir.

 


Açar sözlər: ,  ,