12.03.2018

Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir

            Martın 12-də Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə məktəb-liseyin tarix müəllimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, tarixi haqqında məlumat verib.  

Eyni zamanda məktəb-liseydə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı guşə yaradılıb. Guşədə Cumhuriyyət dövru ilə əlaqədar hadisələr haqqında məlumatlar qeyd olunub, kitablar yerləşdirilib. Bununla yanaşı rayonun ümumtəhsil məktəblərində “Müstəqilliyimiz əbədidir” mövzusunda şagirdlər arasında inşa müsabiqəsi keçirilib, qalib şagirdlər müəyyən olunub. Məktəblər üzrə qalib gələn şagirdlər rayon üzrə keçiriləcək inşa müsabiqəsində iştirak hüququ əldə ediblər.


Açar sözlər: ,  ,