12.03.2018

Müsabiqənin qalibi məlum oldu

           Ötən günlərdə xəbər verdiyimiz kimi,  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqədə Hacıqabul rayonu üzrə 31 şagird iştirak edib. Müsabiqə iki gün ərzində martın 9, 10-u tarixlərində keçirilib. Müsabiqənin qalibi Udulu kənd tam orta məktəbin IX sinif şagirdi Əsədova Səbinə seçilərək,  "Ən yaxşı təqdimat" müsabiqəsinin ölkə mərhələsində iştirak hüququ əldə edib. Müsabiqə iştirakçılarından şəhər 10 saylı tam orta məktəbin IX sinif şagirdi Rəmziyyə Əliyeva 2-ci, şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb liseyin şagirdi Abdullayeva Ləman 3-cü yerə layiq görülüb.          Qeyd edim ki, ötən iki il ərzində "Ən yaxşı təqdimat" müsabiqəsinin rayon mərhələsində seçilən Udulu kənd tam orta məktəbin şagirdi Nahidə Məmmədova müsabiqənin ölkə mərhələsində 3-cü yeri qazanaraq, Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunub.


Açar sözlər: ,  ,