13.03.2018

“Narkomaniyaya qarşı mübarizə”  mövzusunda tədbir keçirilib

Martın 13-də şəhər 5 saylı tam orta məktəbdə Hacıqabul rayon polis şöbəsinin əməkdaşları, şəhər xəstəxanasının həkimi, idman gənclər idarəsinin rəisi iştirakı ilə görüş keçirilib. Görüş dünyanın qlobal problemlərindən sayılan narkomaniya ilə mübarizə, onun ağır fəsadları haqqında şagirdlərin məlumatlandırılması üçün təşkil edilib.

Tədbirdə polis şöbəsinin əməkdaşları çıxış edərək bildiriblər ki, yeniyetmə və gənclər arasında narkomaniyanın yayılması onların psixoaktiv maddələrdən istifadəyə cəlb olunması təkcə klinik narkologiya üçün deyil, pedaqoqika, psixologiya, sosiologiya üçün də ciddi başağrısına çevrilməkdədir. Bu problem artıq dünyanın hər yerində bərk təşviş və narahatlıq doğurur. Heç kəs övladının “Ağ ölümün” amansız pəncəsinə keçib əqli və fiziki cəhətdən şikəst olmasını istəmir. Həmin  təşviş və narahatlığın məntiqi nəticəsi olaraq cəmiyyət bu qənaətdədir ki, bu bəla ilə təkcə həkimlər, mütəxəssislər, hüquq – mühafizə orqanlarının əməkdaşları yox, həm də məktəb məşğul olmalıdır.

Bu məqsədlə məktəblərdə  “Narkomaniyaya qarşı mübarizə” yə aid bir sıra tədbirlər, dəyirmi masalar, valideyn iclasları keçirilir. Bu gün hamımız qüvvələrimizi səfərbər etməli, bu təhlükəni sovuşdurmalıyıq.


Açar sözlər: ,  ,