13.03.2018

Məktəblərarası bilik yarışı keçirilib

Mart 13-də Hacıqabul şəhər 10 saylı tam orta məktəbdə Hacıqabul şəhər 10 saylı tam orta məktəbin "Tədqiqatçılar" və Hacıqabul şəhər 9 saylı tam orta məktəbin "Coğrafiyaçılar" komandası arasında coğrafiyadan bilik yarışı keçirilib.

Bilik yarışı 10 saylı tam orta məktəbin coğrafiya müəllimi Məlikova Muxsə tərəfindən təşkil olunub. Tədbirdə Hacıqabul şəhər 10 saylı tam orta məktəbin direktoru X.B.Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini S.Həşimova, müəllimlərdən E.İmanova, UBTR T.Quliyeva, 9 saylı tam orta məktəbin UBTR-i A.Kərimova iştirak edib.

VI sinif şagirdləri arasında keçirilən bilik yarışında şəhər 9 saylı tam orta məktəbin komandası I yerə layiq görülüb. Gələcək günlərdə də "Təhsildə keyfiyyə ili" çərçivəsində məktəblər arasında əməkdaşlıq münasibətinin davam etdirilməsi məqsədilə tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.


Açar sözlər: ,  ,