14.03.2018

Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbir keçirilib

                Martın 14-də Udulu kənd tam orta məktəbdə Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Məktəbin direktoru V.Qocayev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbiri Dövlət Himininin oxunması ilə açıq elan edib. Sonra çıxış üçün söz məktəbin dərs hissə müdiri və tarix müəllimi E.Rzayev verilib. E.Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi inkişaf yolu haqqında məlumat verib. Tədbirin gedişində məktəbin tarix müəllimi S.Şəfizadə Cümhuriyyət dövründə görülən siyasi hadisələr barədə, məktəbin IX sinif şagirdi Əsədova Səbinə müstəqillik haqqında şeirlə çıxış edib. Məktəbin X sinif şagirdi Ağayev Şahin Cumhuriyyət haqqında fikirlərini söyləyib.


Açar sözlər: ,  ,  ,