16.03.2018

Şahmat yarışı keçirilib

Martın 16-da Hacıqabul rayon Təhsil Şöbəsi, TİAHİ rayon Komitəsi, Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Novruz Bayramına həsr edilmiş şahmat yarışı keçirilib. Yarışda  Uşaq Gənclər İdman-Şahmat Məktəbinin şahmatçıları iştirak edib. Yarış müxtəlif yaş qrupları üzrə oğlanlar və qızlar arasında, beynəlxalq qaydalara uyğun olaraq keçirilib.

Oyun zamanı iştirakçılara 20 dəqiqə müddət verilib. Sonda hər yaş qrupu üzrə 3 qalib müəyyən olunub, qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: