17.05.2018

“Cümhuriyyətin yaranmasının 100 illiy”inə həsr olunmuş konsert keçirilib.

Mayın 16-da Hacıqabul rayon Abdulabad kənd tam orta məktəbdə “Cümhuriyyətin yaranmasının 100 illiy”inə həsr olunmuş musiqi konserti keçirilib.

         Konsert 2c sinfinin sinif rəhbəri Nərmin Abdullayevanın təşəbbüsü ilə təşkil edilib. Çox möhtəşəm və maraqlı reqlamentlə yadda qalan tədbir uşaqların sırf musiqi istedlarının üzə çıxarılaması, musiqi nəzəriyyəsinə aid müəyyən bilgilərin auditoriyaya əyləncəli formada ötürülməsi məqsədi ilə keçirilib.

Tədbiri məktəbin direktoru Budaq Cəfərov öz nitqi ilə açıq elan edərək Cümhuriyyətin yaranma tarixinə qısa səyahət edib, tədbir iştirakçılarını məlumatlandırıb.
            Konsertdə ikincilərin ifasında maraqlı nömrələr təqdim edilib. Belə ki, himnlə başlayan tədbirdə daha sonra uşaqların ifasında musiqinin rəqs janrına aid “Nəlbəki”, “Naz eləmə”, hind rəqsi, notların dilindən şeir və hər notla başlayan bir musiqi nömrəsi nümayiş olunub.

Sonra operetta janrında “Arşın mal alan” kinokamediyasından Vəli ilə Tellinin dueti, “Qırmızıpapaq” nağılından bir hissə, musiqinin mahnı janrında “Kukla” və sonda da dalğalanan üçrəngli bayraqlarımızın müşayəti ilə “Azərbaycan” mahnısı ifa olunub.


Açar sözlər: ,  ,  ,