15.10.2018

Bilik Fondunun Hacıqabul rayonunda növbəti tədbiri keçirilib

            Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dilimiz -milli sərvətimizdir” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə Azərbaycan dili və ədəbiyyat müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbiri Bilik Fondunun Hacıqabul rayonu üzrə nümayəndəsi Zaur Qasımov giriş nitqi ilə çıxış edərək açıq elan edib.

Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik institunun Müasir Azərbaycan Dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova “Azərbaycan dilinin tədrisi dövlət dilinin qorunmasında xüsusi mərhələ kimi” mövzusunda mühazirə oxuyub. Sonra Nəsimi adına Dilçilik İnstitunun şöbə müdiri Sevinc Əliyeva mövzu haqqında ətraflı çıxış edib.

Sonda mövzu ətrafında müzakirə aparılıb, müəllimlərin və şagirdlərin sualları cavablandırılıb.


Açar sözlər: