11.01.2019

“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının  aparılması Qaydası”nın müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

        Hacıqabul rayon Təhsil Şöbəsində “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının ( yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla ) aparılması Qaydası”nın müzakirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirə rayonun 33 ümumi təhsil müəssisəsinin direktorları, direktor müavinləri və qabaqcıl metodbirləşmə rəhbərləri dəvət olunmuşdur. Tədbir zamanı məktəb rəhbərlərinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28.12.2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının ( yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla ) aparılması Qaydası”   və Təhsil Nazirliyinin 09.01.2019-cu il tarixli 02-06-28/13 nömrəli məktubu ilə göndərilmiş 2018/2019-cu tədris ilinin I yarımilində summativ qiymətləndirmələrin keçirilməsi ilə bağlı təlimat barədə ətraflı məlumat verilmiş, “Qaydalar”la bağlı hazırlanmış təqdimat iştirakçılara çatdırılmışdır.

Tədbir zamanı məktəb rəhbərləri və müzakirəyə dəvət olunmuş metodbirləşmə rəhbərlərinin sualları cavablandırılmışdır. Tədbirin sonunda “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının ( yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla ) aparılması Qaydası”   və Təhsil Nazirliyinin 09.01.2019-cu il tarixli 02-06-28/13 nömrəli məktubu ilə göndərilmiş 2018/2019-cu tədris ilinin I yarımilində summativ qiymətləndirmələrin keçirilməsi ilə bağlı təlimat barədə hər bir məktəbdə pedaqoji kollektiv üzvləri ilə anoloji müzakirələrin aparılması tövsiyyə olunmuşdur.


Açar sözlər: ,  ,