23.01.2019

Azərbaycan Respublikasının Dövlət Himninə aid müsabiqə keçirilib

Hacıqabul rayonu Udulu kənd tam orta məktəbində tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Himninə aid V-XI siniflərdə esse müsabiqəsi, rəsm müsabiqəsi və ən yaxşı himn ifaçısı müsabiqəsi keçirilib. Bu müsabiqə ilə bağlı 23.01.2019-cu il tarixdə məktəbin yekun yığıncağı keçirilib.Tədbiri məktəbin direktoru V.Qocayev açıq elan edib və tədbir himnin oxunması ilə başlayıb. Məktəb direktoru V.Qocayev tədbirin  mahiyyətin açıqladıqdan sonra dahada geniş məlumat vermək üçün  məktəbin dərs hissə müdiri E.Rzayeva söz verib. O tədbir iştirakçılarına dövlət atributları haqqında geniş məlumat verib və qaliblərin adlarını açıqlayıb.

 

1 .Esse müsabiqəsinin qalibləri

 

I yer  Əsədova Səbinə Abbasəli qızı – X sinif şagirdi

II yer  Şükürova Nabat Məsləhət qızı  - VIII sinif şagirdi

III yer Dadaşov Cəbrayıl  Qismət oğlu- IX sinif şagirdi

 

2. Ən yaxşı himn ifaçısı

 

I yer Əliyev Alqayıt Etibar oğlu-VIII sinif şagirdi

II yer Həsənova Humay İntiqam qızı-IX sinif şagirdi

III yer Hacıyeva Pərvin Pərviz qızı –VIII sinif şagirdi

 

3.Rəsm müsabiqəsi

 

I yer Məmmədli Qizimxanım Nizami qızı - VII sinif şagirdi

II yer Məmmədov Emin Mehman oğlu- VII sinif şagirdi

III yer Şükürlü Cavad Məsləhət oğlu- VII sinif şagirdi

 


Açar sözlər: