18.03.2019

Novruz bayramı qeyd edilib

Hacıqabul rayon ümumtəhsil məktəblərində Novruz bayramı münasibətilə tədbir keçirilib. Keçirilən tədirlərdə məktəb rəhbərliyi, pedaqoji kollektiv, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər. Milli adət-ənənələrimizə uyğun olaraq Novruz atributları-səməni, bəzənmiş xonçalar, kosa, keçəl obrazları ilə bayram şənlikləri təşkil olunub. Şagirdlərin ifasında bahara aid şeirlər, rəqs nümunələri, müxtəlif səhnəciklər nümayiş olunub.

 


Açar sözlər: ,