14.03.2019

Hacıqabul rayon ümumtəhsil məktəblərinin şagirdləri və pedaqoji heyəti şəhid ailələri ilə görüşüblər

''Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında'' Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının icrası ilə bağlı Hacıqabul RTŞ və ümumtəhsil məktəblərinin aylar üzrə birgə iş Planına uyğun olaraq  şəhid ailələri ilə görüşlər təşkil edilib.

Hacıqabul rayon Meyniman kənd tam orta məktəbin şagird və müəllimləri tərəindən məktəbin məzunu şəhid İnayət Həsənov Ağasafa oğlunun ailə üzvləri ilə görüş təşkil edilib.

Hacıqabul şəhər 8 saylı məktəb - liseyin müəllim kollektivi və bir qrup şagirdləri qəhrəman şəhid Mirzəyev Qubad Mirzəxan oğlunun ailəsi ilə görüşüb. Vətən torpaqlarına məhəbbət, xalqın oğul və qızlarının qeyrətini qorumaq istəyi Qubadı Ağdam uğrunda döyüşlərə gətirib çıxartdı və 1993-cü il avqust ayının 9-da qızğın döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdu. Görüşdə şəhidin həyat yoldaşı M.Mirzəyeva ölkə prezidentinin şəhid ailələrinə göstərdiyi qayğı və diqqətə görə öz dərin minnətdarlığını bildirib.


Açar sözlər: ,  ,