08.05.2019

Müsabiqə qalibi təltif olunub

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təqdimat mərasimində Hacıqabul şəhər 10 saylı tam orta məktəbin şagirdi İbrahimova Elnarə iştirak edib. Hər il ənənəvi qaydada keçirilən  “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsində uğur qazanaraq rayonu təmsil edən İbrahimova Elnarə II yerə layiq görülüb.  Təşkilat  komitəsi tərəfindən qalibə diplom və qiymətli hədiyyə təqdim edilib.

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.


Açar sözlər: ,  ,  ,