07.05.2019

"Erkən nigah və işsizliyə şərait yaradan səbəblər" mövzusunda dəyirmi masa keçirilib

"Erkən nigah və işsizliyə şərait yaradan səbəblər" mövzusunda dəyirmi masa keçirilib.  Dəyirmi masa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri  Qurbanlarına  Yardım Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub.

Dəyirmi masada iştirak edən mərkəzin hüquqşünası Eldar Muradov, psixoloqu Ülvi Zeynalov  və Mətanət xanım çıxış edərək  "Erkən nigah və işsizliyə şərait yaradan səbəblər"  haqqında məlumat veriblər. Tədbirin gedişində mövzu ilə bağlı suallar ətrafında fikir mübadiləsi aparılıb.


Açar sözlər: