10.05.2019

“Müasir Azərbaycan tarixini yazan dahi”

Ümmmilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünün qeyd edilməsi ilə bağlı Hacıqabul rayonu ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilib.

Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsini əks etdirən “Müasir Azərbaycan tarixini yazan dahi” mövzusunda rəsm,  şeir müsabiqələri keçirilib. Eyni zamanda şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Keçirilən tədbirlərdə Ümumilli lider Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərindən söhbət açılıb, dahi şəxsiyyətin həyata keçirdiyi daxili və xarici siyasətini əks etdirən məlumatlar verilib.

Hacıqabul rayon Təhsil Şöbəsi, ATİAHİ Hacıqabul rayon Komitəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında voleybol yarışı, şeir müsabiqələri keçirilib.

Mayın 10-da rayonun ümumtəhsil məktəblərində birinci dərs saatları ulu öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilib. Müəllim və şagird kollektivi tərəfindən ulu öndər Heydər Əliyevin büstü ziayrət edilib.

 

 


Açar sözlər: ,  ,