13.05.2019

 “Nəsimi ili”nə həsr olunmuş intellektual oyun keçirilib

Mayın 11-də Hacıqabul rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Nəsimi ili”nə həsr olunmuş intellektual oyunun rayon mərhələsi keçirilib.

Oyunun keçirilməsində məqsəd Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nəsimi ili”nə həsr olunmuş intellektual oyun üzrə 2019-cu ildə regional məktəb çempionatının keçirilməsi barədə”  19 aprel 2019-cu il tarixli F-190 nömrəli əmrinin icrası ilə bağlı təşkil olunub. İntellektual oyun “Qaydalar”a uyğun olaraq keçirilib. Rayon mərhələsində rayonun ümumtəhsil məktəblərindən 8 komanda iştirak edib.

 Qalib komanda RTŞ tərəfindən diplomla mükafatlandırılıb və intellektual oyunun zona mərhələsində iştirak etmək hüququ qazanıb.


Açar sözlər: ,