23.05.2019

Şəhər 10 saylı məktəbin şagirdləri Heydər Əliyev Mərkəzində

Hacıqabul şəhər 10 saylı tam orta məktəbin 7-ci sinif şagirdləri Hacıqabul rayon Heydər Əliyev Mərkəzində oldular. Mərkəzin bələdçisi Nurlannə Muradova Mərkəzdə açılmış sərgilər, kurslar barədə məktəblilərə məlumat verdikdən sonra, onları Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla da tanış etdi. Məktəblilər Mərkəzdə yerləşən MKS-nin 2 saylı kitabxana filialında oldular. Kitabxanaya üzv yazılıb yeni kitablar əldə etdilər. Mərkəzin direktoru Aytən Zülfəliyeva və Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev məktəblilər ilə yay tətilini necə keçirtməyi planlaşdırdıqları, asudə vatlarında Heydər Əliyev Mərkəzində necə səmərəli vaxt keçirə biləcəkləri barədə təklif və fikirlər irəli sürdülər, eləcə də onların arzu və istəklərini dinlədilər.

 

 

 

Hacıqabul rayon Heydər Əliyev Mərkəzi


Açar sözlər: