20.05.2019

Şagirdlərin Udulu ərazisində yerləşən tarixi abidələrə baxış-ekskursiyası təşkil olunub

         Şorbaçı kənd tam orta məktəbinin şagirdləri təşkilatçı-tarix müəllimi Ə.Əsgərovun rəhbərliyi ilə Udulu ərazisində yerləşən Qubalı kəndindəki tarixi abidələrə baxış-ekskursiya təşkil olundu.
             Burada abidələrdən I-II əsrlərə aid "Sınıq pir", IX əsrə aid "Uçuq pir",kurqanlar,daş qutu və təknə qəbirlərə baxıldı və şagirdlərə məlumat verildi.Həmçinin bizim e.ə. III minilliyə aid "Güngörməz" müdafiə qalasına şagirdlər tərəfindən baxıldı.    


Açar sözlər: ,  ,