22.05.2019

"Sağlam Gənclik,sağlam gələcək deməkdir"! şüarı ilə maarifləndirmə tədbiri keçirilmişdir

              Hacıqabul şəhər F.Cəbrayılov adına 2 saylı tam orta məktəbdə , Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü" İctimai Birliyi tərəfindən "Sağlam Gənclik,sağlam gələcək deməkdir"! şüarı ilə maarifləndirmə tədbiri keçirilmişdir. 
         Şagirdlərə narkomaniyanın əlamətləri,yeniyetmələrin narkotik vasitələrin istifadəsinə səbəb olan risk faktorları, toksikomaniya,QİÇS,alkoqolizm,siqaret çəkmə haqqında geniş məlumat verilmiş,videoçarx nümayiş etdirilmişdir. Tədbirdə şagirdlərə bukletlər və vəsaitlər təqdim edilmişdir.
            Narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi baxımından, təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin aşkarlanması üçün dövlət və qeyri-hökumət təşkilatları tərəfindən daim "Narkotiklərə YOX deyək!" şüarı altında tədbirlər keçirilir.


Açar sözlər: ,