07.06.2019

XI Rus dili olimpiadasının qalibləri mükafatlandırıldı

2018/2019-cu dərs ilində ənənəvi olaraq Təhsil Nazirliyi  və “Rossotrudniçetvo” təşkilatı tərəfindən şagirdlər arasında  XI  Rus dili olimpiadası  keçirilmişdir.  Rayonun ümumtəhsil məktəblərindən  bu olimpiadaya 45 nəfər şagird qoşulmuşdur.  Rayon mərhələsində həmin şagirdlərdən 14 nəfəri zona mərhələsinə keçmək hüququ qazanmışlar.

  Bu ilin aprel ayında  Şirvan şəhərində  XI Rus dili olimpiadasının  zona mərhələsi keçirilmişdir.  Ölkə üzrə  XI  Rus dili olimpiadasının nəticələri  ümumiləşdirilmişdir.

 Iyunun 4-də  ölkə üzrə  XI  Rus dili olimpiadası qaliblərinin  təltifetmə mərasimi   keçirilmişdir. Bakı Slavyan Universitetinin  akt zalında keçirilən  təltifetmə mərasiminə  Hacıqabul rayonundan 3 nəfər şagir dəvət olunmuşdur. Hacıqabul şəhər 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Gülər Salmanova,  Meyniman kənd tam orta məktəbin VII sinif şagirdi Diana Zeynalova  və Qubalıbaloğlan kənd tam orta məktəbin VIII sinif şagirdi Aqşin Balakişiyev XI Rus dili olimpiadasının qalibləri kimi  təşkilat komitəsi tərəfindən  mükafatlandırılmışlar.


Açar sözlər: ,