12.06.2019

“Məktəblilərin Respublika  Yaradıcılıq  Festivalı”nın qalibləri mükafatlandırıldı

Məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək  yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması,  onlara gələcəyin ixtisas və peşə seçim imkanlarını təmin edən  müvafiq bacarıqların  verilməsi məqəsdilə  2018/2019-cu dərs ilində  Azərbaycan Respublikasının Təhsil,  Ekologiya və Təbii Sərvətlər və Mədəniyyət nazirlikləri tərəfindən  “Məktəblilərin Respublika  Yaradıcılıq  Festivalı” keçirilmişdir. Təsdiq olunmuş əsasnaməyə uyğun olaraq  festival çərçivəsində  “Ekoloji  yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi”,  dram və təsviri incəsənət istiqamətləri üzrə   müsabiqələr keçirilmişdir.

Mayın 10-da  dərs ili ərzində  festival çərçivəsində  keçirilən  müsabiqələrin  qaliblərinin mükafatlandırma  mərasimi keçirilmişdir. Mükafatlandırma mərasimi Bakı Beynəlxalq Muğam Mərkəzində  keçirilmişdir.  Mükafatlandırma mərasiminə “Ekoloji  yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” istiqaməti üzrə  qalib olmuş  Hacıqabul şəhər F.Cəbrayılov adına 2 saylı tam orta məktəbin  komandası da dəvət olunmuşdur. Hacıqabul şəhər F.Cəbrayılov adına 2 saylı tam orta məktəbin  komandası “Ekoloji  yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” istiqaməti üzrə   müsabiqədə  II yeri tutmuşdur.  Layihənin hazırlanmasında layihə rəhbəri kimi  məktəbin coğrafiya müəllimi  İlhamə Məmmədzadə  və  məktəbin VIII  sinif  şagirdləri  Süleymanov Mehman, Cavadov İsmayıl, Hüseynzadə Zahra, Əhmədova Tamaşa  və Hacıyeva  Xəyalə yaxından iştirak etmişlər.  Qaliblərə Azərbaycan Respublikasının Təhsil,  Ekologiya və Təbii Sərvətlər və Mədəniyyət nazirlikləri tərəfindən    kubok, diplom və qiymətli hədiyyələr   təqdim olunmuşdur.   


Açar sözlər: ,