17.09.2019

Bilik günü qeyd olundu

Hacıqabul şəhər 10 saylı tam orta məktəbdə Bilik günü qeyd olundu.Tədbirdə Hacıqabul Rayon İcra başçısının birinci müavini Aslan Səmədov, Hacıqabul Rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov çıxış edərək şagirdlərə yeni tədris ilində uğurlar arzuladılar.Tədbir məktəb şagirdlərinin ifasında səsləndirilən şeirlərlə yadda qaldı.Tədbirdən sonra təhsil şöbəsinin müdiri Şükür Məmmədov məktəbdə yeni yaradılan təbiət təmayüllü lisey sinfin şagirdləri və həmin sinifdə dərs keçəcək bir qrup müəllimlə görüşərək öz tövsiyyələrini verdi.


Açar sözlər: ,  ,