25.10.2019

Narkomaniya Əsrin Bəlasıdır adlı dəyirmi masa keçirilib

Hacıqabul rayonu Udulu kənd tam orta məktəbdə Narkomaniya Əsrin Bəlasıdır adlı dəyirmi masa keçirilib. Dəyirmi masada Udulu kənd xəstəxanasının baş həkimi Şahverdiyev Gülağa iştirak edib.

Tədbirdə baş həkim  tədbir iştirakçılarına Narkomaniyanın fəsadları haqqında ətraflı məlumat  verib, həmçinin məktəbin dərs hissə müdiri Rzayev Eldar, tarix müəllimi Şəfizadə Sərxan və biologiya müəllimi İbrahimov Adil də çıxış edərək şagirdlərə belə pis vərdişlərdən uzaq olmağı tövsiyə ediblər. Sonda söz məktəb şagirdlərinə verilib, onlar  mövzu ətrafında öz fikirlərini bildiribər.


Açar sözlər: