30.10.2019

Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!

Hacıqabul Rayon V.Quliyev adına 6 saylı tam orta  məktəbdə “Narkomaniyaya yox deyək ”mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada məktəb rəhbərliyi, müəllimlər  və şagirdlər iştrak etdilər. Əvvəlcə narkomaniya haqqında videoçarxlar nümayiş edildi. Məktəbin təşkilatçısı X.Rüstəmova Narkomaniya qarşı mübarizə tədbirləri haqqında danışdı .

Sonra məktəbin biologiya müəllimi Təranə Muradova narkomaniyanın fəsadları insan orqaniziminə vurduğu zərərlər haqqında ətraflı məlumat verdi. Sonda şagirdlər zərərli vərdişlər və onların mənfi təsirləri haqqında öz fikirlərini söylədilər .


Açar sözlər: ,