29.10.2019

Hacıqabul rayonunda  “Məktəblilər arasında Respublika Çempionat”nın rayon mərhələsi keçirilir

22 oktyabr  2019-cu il tarixdən məktəblilər arasında Respublika Çempionatının rayon mərhələsinə start verilmişdir.

22-23 oktyabr 2019-cu il tarixdə  2004-2005-ci il təvəllüdlü şagirdlər arasında stolüstü tennis idman növü üzrə yarış şəhər   2 saylı tam orta məktəbin idman zalında keçirilmişdir.Yarışda rayon Təhsil Şöbəsinin , rayon Gənclər  və İdman İdarəsinin nümayəndələri iştirak etmişdir.Bu yarışda  iştirak edən 12 komandadan hər biri üç  oğlan, iki qız olmaqla 60 şagird iştirak etmişdir. I   yeri  Meynəman kənd tam orta məktəbi, II yeri Talış kənd tam orta məktəbi,III yeri isə Kolanı kənd tam orta məktəbi tutmuşdur. I yeri tutmuş Meynəman kənd orta məktəbin komandası 06-07 aprel 2020-ci il tarixdə  Şirvan  şəhərində keçiriləcək zona yarışında iştirak etmək hüququ qazanmışdır.

25-26 oktyabr 2019-cu il tarixdə atletika  idman növü üzrə 2007-2009-cu il təvəllüdlü şagirdlər arasında keçirilən  yarış şəhər idman meydançasında keçirilmişdir. Bu yarışda  iştirak edən 30 komandadan hər biri üç  oğlan, üç  qız olmaqla  180 şagird iştirak etmişdir. I yeri  şəhər 1 saylı  tam orta məktəbi, II yeri şəhər 7 saylı tam orta məktəbi,III yeri isə şəhər 4 saylı  tam orta məktəbi tutmuşdur. I yeri tutmuş şəhər 1 saylı tam orta məktəbin komandası  16-17 aprel 2020-ci il tarixdə  Şirvan  şəhərində keçiriləcək zona yarışında iştirak etmək hüququ qazanmışdır.

28-29 oktyabr 2019-cu il tarixdə 2005-2007-ci il təvəllüdlü   qızlar arasında voleybol  idman növü üzrə  keçirilən yarış  şəhər 10 saylı tam orta məktəbin idman zalında keçirilmişdir. Bu yarışda  iştirak edən 14  komanda üzrə   84 şagird iştirak etmişdir. I yeri  Meynəman kənd   tam orta məktəbi, II yeri şəhər 2 saylı tam orta məktəbi,III yeri isə şəhər 3 saylı  tam orta məktəbi  tutmuşdur. I yeri tutmuş Meynəman kənd  tam orta məktəbin komandası  13-14 aprel 2020-ci il tarixdə  Kürdəmir rayonunda  keçiriləcək zona yarışında iştirak etmək hüququ qazanmışdır.

 I.II.III yeri tutmuş  komandalar rayon Təhsil Şöbəsi tərəfindən qiymətli hədiyyə və diplomla təltif edilmişdir.


Açar sözlər: