02.11.2019

“Yarımçıq qalmış ömür” adlı  tədbir keçirilmişdir

         Oktyabrın 29-da  Hacıqabul  şəhər  N. Ağayev adına  4 saylı tam orta məktəbdə şəhid  N. Ağayevin doğum gününə həsr olunmuş  “Yarımçıq qalmış ömür” adlı  tədbir keçirilmişdir.  Tədbirdə həvəskar  yazıçı   Alik Rzayevin  şəhid Natiq Ağayevə  həsr olunmuş “ Nigaran qalma, ana ” adlı kitabının təqdimatı  keçirilmişdir.

       Tədbirdə Rayon İcra Hakimiyyətinin, rayon Hərbi Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin, rayon Gənclər və İdman İdarəsinin, Mədəniyyət və Turizm şöbəsinin, “ Vətən naminə ” Hacıqabul veteranları ictimai  birliyinin,   Əmək və Müharibə veteranları şurasının , ATİAHİ – nın  nümayəndələri  məktəbin  müəllim və şagird kontingenti,   şəhidin ailə üzvləri iştirak etmişlər. Tədbirin sonunda  şəhid N.Ağayevə həsr olunmuş  güşənin açılışı olmuşdur.


Açar sözlər: ,  ,