05.11.2019

Hərbi rəhbərlərin  seminarı keçirilib

Hacıqabul rayon Təhsil Şöbəsi və Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hacıqabul rayon Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində  çalışan hərbi rəhbərlərin  seminarı keçirilib. Tədbirin keçirilməsində məqsəd yeniyetmə  və gənclərin vətənpərvərlik  tərbiyəsi, eyni zamanda Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi proqramların icrası olub.

Seminarda rayon ümumtəhsil məktəblərinin hərbi rəhbərləri iştirak edib.  Seminarda ümumtəhsil məktəblərində şagirdlərin çağırışaqədərki hazırlıq  fənninin yüksək səviyyədə keçirilməsi və bununla bağlı  müxtəlif tədbirlərin hazırlanması, çağırışaqədərki, məktəblilərin qeydiyyata alınması, müayinədən keçməsi üçün  sənədlərin vaxtı-vaxtında toplanması, təhvil verilməsi və digər məsələlər müzakirə olunub.


Açar sözlər: